adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Sentyabr 2018 14:19
11369
İDMAN
A- A+

Ağdamda “Açıq əyləncəli futbol məktəbi” layihəsi baş tutub - FOTOLAR

Ağdam Olimpiya İdman Kompleksində təşkil olunan "Açıq əyləncəli futbol məktəbi" layihəsi üzrə kütləvi idman tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, Olimpiya İdman Kompleksinin futbol meydançasında təşkil olunan tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Sonra AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat Sabir Məmmədov çıxış edərək iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələrini təbrik edərək onlara uğurlar diləyiblər.


Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas vurğulayıb ki, bu tədbir ölkəmizdə idmana göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Millət vəkili öz çıxışında layihənin əhəmiyyətindən danışıb. Və bildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır. Millət vəkili rayon kəndləri və məktəblərarası çempionatlarının keçirilməsini də təklif edib.


Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Ceyhun