adalet.az header logo
  • Bakı 6°C
29 Sentyabr 2018 11:20
45290
MARAQLI
A- A+

150 milyonluq Repin Tanrısı

1972-ci il, 17 oktyabr. Missouri ştatının Saint Joseph şəhəri.

15 yaşlı Deborah R. Nelson-Mathers 72 saat davam edən doğuşdan sonra dünyaya Marshall Bruce Mathers III gətirdi..

Eminemin ləqəbi adının və soyadının baş hərflərini ifadə edir (M&M).

Repçinin sevdiyi filmlər «The Matrix», «Scarface», «How High» və «Orange Country» filmləridir.

Canlı əfsanə hər axşam söz ehtiyyatını artırmaq üçün müxtəlif lüğətlər oxuyur.

«Lose Yourself» treki sükan arxasında olan sürücülərin dinləməməli olduğu müsiqilər hit-paradında birinci yer tutub. Əks halda yol-nəqliyyat qəzası baş verə bilər. Yeri gəlmişkən, «Lose Yourself» Oskar mükafatına layiq görülmüş yeganə repdir.

Eminemin ən sevdiyi kitab repçi LL Cool J-in «I Make My Own Rules» kitabıdır.

Repçinin sevdiyi avtomobil markası Forddur. Ancaq repçi sükan arxasında oturmağı sevmir.

Eminem kompüterdən istifadə etməyi bacarmır. Replərini qələmə alır.

Elton Jhonun «Rocket Man» mahnısı Eminemə həsr olunub.
Repçi 2000-ci ildə qazandığı Grammy mükafatını meneceri Paul Rosenbergə hədiyyə etmişdir. Repçinin bu mükafatdan əlavə 14 Grammy mükafatı var.

9 yaşında ikən dələduzlar tərəfindən döyülərək 1 həftəlik komaya düşmüşdür. Dahası var! Məktəbli ikən DeAngelo Bailey adlı oğlan gələcək ulduzun çox incidirdi. İşlər o qədər pis idi ki, reperin anası məktəb rəhbərliyini oğlunu dələduzlardan qoruya bilmədiyi üçün məhkəməyə belə vermişdi. Daha sonra Eminem «Brain Damage» mahnısında Bailey haqqında yazdı. Bailey səssiz qalmadı və böhtana uğradığını iddia edərək, ulduzu məhkəməyə verdi, mənəvi zərara görə 1 milyon dollar dəyərində təzminat tələb etdi.

Mətbuat repçinin öldüyü barədə 5 dəfə yalnış xəbər yayıb. 4 dəfə yol-nəqliyyat qəzasında həlak olduğu, 1 dəfə də aşırı dozda narkotik vasitə qəbul edərək öldüyü yazılıb.

Repçi uzun müddət alkohol və narkotika aludəçiliyindən əziyyət çəkib. 2005-ci ildə ölümün keşiyindən dönüb.

Eminem bir neçə dəfə Ginnes Rekordlar kitabına düşüb. Səbəblərdən biri, «Rap God» trekində 6 dəqiqə 4 saniyəyə 1,560 söz səsləndirməsidir.

Eminem «Marshall Mathers Foundation» və bir neçə xeyriyyə fondunun təsisçisidir.

Repçinin var-dövləti 150 milyon dollar dəyərində qiymətləndirilir.

Türkçədən çevirən Eminquey