adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Sentyabr 2018 12:52
15387
KRİMİNAL
A- A+

Lənkəranda qohumunu balta ilə qətlə yetirən şəxs tutulub

Lənkəranda qohumunu balta ilə qətlə yetirən şəxs tutulub

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 27-də Lənkəran rayonunun Vilvan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Əzimov evində münaqişə zəminində həmkəndlisi olan qohumu Sakit Yusubovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.

Nəticədə S.Yusubov hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticədə M.Əzimov saxlanılıb.