adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Sentyabr 2018 10:48
11118
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: XƏBƏRİ YOX HEÇ KƏSİN...

Məktub tək ürəyimi
Açıb . sənə oxudum ...
Düşündüm - ÜRƏYİMİ -
Ürəyinə toxudum ...

Hər anın , hər diqtəsin
Duydum sənin dilindən...
Xəbəri yox heç kəsin -
Tanrım çəkən filimdən!..

Xəyalları gerçəklik -
yuxuları həqiqət
bilə -bilə aldatdım -
Özümü mən bu müddət!..

...Daha fikir eləmə -
Çin elədin yuxumu...
Hiss etdirmə aləmə -
Gizlin ağla, ruhumu!..