Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Mədəkiçiltmə əməliyyatını hansı halda etmək olar? Adalet.az | Mədəkiçiltmə əməliyyatını hansı halda etmək olar? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Mədəkiçiltmə əməliyyatını hansı halda etmək olar?

5263    |   2018-09-29 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATU-nun Tədris Cərrahiyyə Klinikasında əhali arasında mədə kiçiltmə əməliyyatı kimi tanınan növbəti əməliyyat icra olunub. Adalet.az xəbər verir ki, klinikanın ümumi cərrahı, 2-ci cərrahi xəstəliklər kafedrasının assistenti tibb üzrə fəlsəfə doktoru Elçin Abdinovun sözlərinə görə, pasientə "sleeve gastroectomy”, yəni mədənin boylama boruvari rezeksiyası əməliyyatı aparılıb.

"Bu, bariatrik əməliyyatlardan biridir. Öz sadəliyi, tez icra olunması ilə digər metodlardan seçilir. Əməliyyatın nəticəsi qənaətbəxş olduğundan, bütün dünyada bu əməliyyat növündən geniş istifadə olunur. Bu əməliyyat piylənmədən, artıq çəkidən, həmçinin digər ağır metabolik xəstəliklərdən əziyyət çəkən şəxslərdə icra olunur. Biz də piylənmə ilə bağlı müraciət edən pasientləri ətraflı müayinə etdikdən sonra mədənin boylama boruvari kiçildilməsi əməliyyatına qərar veririk”.


Həkim bildirir ki, artıq çəkisi olan, şişman insanların hamısının piylənmədən əziyyət çəkdiyini demək olmaz. Bu əməliyyatı hər şişman insanda aparmaq olmaz. Əməliyyata göstəriş üçün müxtəlif beynəlxalq meyarlar var: "İlk kriteriya bədən kütlə indeksidir. Bu göstərici (insanın çəkisinin boy uzunluğunun kvadratına bölünməsindən alınan rəqəm) 40 kq/m2-dan yuxarıdırsa,bu xəstədə mədə kiçildilməsi əməliyyatını icra etmək olar.Bədən kütlə indeksi 35-40 kq/m2 arasında olan bəzi pasiyentlərə də bu əməliyyata göstəriş olur. Biz bədən kütlə indeks 35 kq/m2 -dən aşağı olan şəxslərdə bu əməliyyatı aparmırıq, onları endokrinoloq, dietoloq müalicəsinə göndəririk. Lakin bəzi xarici ölkələrdə bədən kütlə indeksi 35 kq/m2-dən aşağı,lakin dəfələrlə pəhriz saxlayıb arıqlaya bilməyən insanlarda da bu əməliyyat aparılır”.


Son vaxtlar mediada bariatrik əməliyyatın orqanizmdə başqa xəstəliklər, ciddi fəsadlar yaratması ilə bağlı müzakirələr aparılır. Elçin Abdinov hesab edir ki, bu cür ittihamlar ilk növbədə elmi tədqiqatlara əsaslanaraq söylənilməlidir. Əgər belə hallar həqiqətən də olarsa, araşdırılmalıdır:

"Lakin arada gəzən söhbətləri, şou aləmində səslənən əsassız ittihamları yaymaq düzgün deyil. İndi hər bir kəsin internətdə bu əməliyyatla bağlı araşdırma aparması imkanı var”.

Həkim hər kəsə ciddi tibbi saytlarında yerləşdirilən məlumatlarla tanış olmağı, heç bir elmi əsası olmayan ittihamlara önəm verməməyi məsləhət görür.




İmza:
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK