adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Sentyabr 2018 14:57
12362
DÜNYA
A- A+

TRAMP İSRAİLİ DƏSTƏKLƏYİR

ABŞ prezidenti hesab edir ki, İsrail təhlükəsizliyini qorumaq üçün aqressiv davranmaq məcburiyyətindədi. Ona görə də onların xaricdən gələ biləcək təhlükənin qarşısının alınması kursunu dəstəkləyir. O, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında İsrailin baş naziri Benyamin Netenyahu ilə görüşündə bildirib ki, «biz İsrailin müdafiə sistemlərinin təhlükəsizliyi baxımından planlarını bəyənirik. Baxmayaraq ki, bu planlar aqressivdi. Lakin onların aqressiv hərəkət etməkdən başqa yolları yoxdu. İsrail dünyanın ən çətin bölgəsində yerləşir».

Bu sözlərlə Tramp Netenyahuya ABŞ-ın yüz faiz onların tərəfində olduğunu nümayiş etdirib. ABŞ prezidenti vəd edib ki, Ağ Evin Yaxın Şərq böhranının nizamlanması üçün hazırladığı planı yaxın vaxtlarda başa çatdırılacaq və Fələstin muxtariyyəti yenidən İsraillə danışıq masasına qayıdacaq.

Son vaxtlar 15 nəfərlik heyəti ilə birlikdə Suriya səmasında Rusiyanın İL-20 təyyarəsinin vurulması ilə bağlı Rusiya-İsrail münasibətlərində yaranan gərginliyə toxunan Donald Tramp «imkan düşən kimi» bu barədə Rusiya prezidenti Vladimir Putinlə danışacağını bildirib.

MEHRİBAN