adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Sentyabr 2018 12:04
9327
GÜNDƏM
A- A+

YAPIŞASAN FRANSA SƏFİRİNİN YAXASINDAN

Fransanın bir şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Laçın rayonu ilə qardaşlaşma müqaviləsi imzalayıb və qardaşlaşıblar, həmin şəhərin böyükləri də yığışıb gəlib Laçına, şikil-mikil çəkdiriblər.

İstəyirəm yazam ki, yapışasan Fransa səfirinin yaxasından ki, ölkəniz Azərbaycanın suverenliyinə hansı əsasla təcavüz edir? Və beynəlxalq qanunları heçə sayır.

Amma yazmıram, qorxuram. Bir dəfə rəhmətlik professor Şamil Qurbanov Fransanın prezidenti haqqında parlamentdə bir söz demişdi, elə özümüzünkülər professoru necə çərlətdilərsə infarkt oldu və ayağa dura bilmədi. Ona görə də nəyimə qalıb ey, kim kimlə cikkildəşir, kim kimlə dingildəşir.