bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Kamal Abdullanın əsəri Milli Dram Teatrında tamaşaya qoyuldu Adalet.az | Kamal Abdullanın əsəri Milli Dram Teatrında tamaşaya qoyuldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Kamal Abdullanın əsəri Milli Dram Teatrında tamaşaya qoyuldu

9532    |   2018-09-27 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində yazıçı Kamal Abdullanın "Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor asistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

Qeyd edək ki, martın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsinin açılışı olub. Yeni səhnədə ilk dəfə məhz "Bir, iki – bizimki!” tamaşası təqdim olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK