adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Sentyabr 2018 12:30
10853
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır

Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.

Bunu 9-cu Azərbaycan-Rusiya regionlararası forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".

Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:

"Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir”.