adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Sentyabr 2018 17:50
15722
SİYASƏT
A- A+

Deputatlar Moldovaya gediblər

Sentyabrın 27-28-də Moldova parlamentində GUAM Parlament Assambleyasının 11-ci sessiyası keçiriləcək.

Sessiyada Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentinin nümayəndələri ilə yanaşı, Baltik Assambleyanın üzvləri də iştirak edəcəklər. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundov təmsil edəcəklər.

Sentyabrın 27-də GUAM PA-nın və Baltik Assambleyanın Rəyasət Heyətinin büro və komissiya iclasları keçiriləcək. Sentyabrın 28-də isə GUAM PA-nın sessiyasının rəsmi açılışı olacaq.

Rəsmi açılışda Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Azər Kərimli də çıxış edəcək. Sessiyanın sonunda sənəd qəbul ediləcək.