adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Sentyabr 2018 12:45
23275
TEXNOLOGİYA
A- A+

Dünyanın ən ağıllı robotu Bakıya gəlir

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi” keçiriləcək.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya” Azərbaycana gələcək.

Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində "Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində olacaq.