adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2018 15:51
3489
HADİSƏ
A- A+

“KamAZ” maneəyə çırpıldı - Sürücü öldü

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi "KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.