adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2018 15:34
4384
MƏMLƏKƏT
A- A+

Qarabağ Komitəsi Bəyanat yaydı...

29 sentyabr mitinqi ilə əlaqədar BŞİH-dən hələ də cavab verilməməsi ilə bağlı Qarabağ Komitəsinin

Bəyanatı

Dünyada və regionda baş verən hadisələrin Qarabağın işğalı ətrafındakı vəziyyəti mürəkkəbləşdirdiyini, Azərbaycan cəmiyyətində yaranmış narahatlığı və həyacanı nəzərə alaraq bir qrup qarabağ qazisi, işğal olunmuş ərazilərin qaçqın düşmüş əhalisinin nümayəndəsi, siyasi partiya və ictimai təşkilatların təmsilçisiləri tərəfindən 29 sentyabrda "Qarabağ” mitinq keçirmək haqqında 12 sentyabr 2018- ci il tarixində mitinq keçirilməsi ideyasını irəli sürülmüş və qanunvericiliyə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir.

Son dövrdə düşmənin "reallıqları”, yəni Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək şüarı altında dünya çapında yürütdüyü kampaniya qarşısında Azərbaycan xalqının işğalla barışmamaq, torpaqları uğrunda sona qədər mübarizə aparmaq iradəsini düşmənə, beynəlxalq aləmə, öz cəmiyyətimizə və iqtidara nümayiş etdirmək, Qarabağ məsələsini ən ciddi şəkildə gündəmə gətirmək , erməni təcavüzünə qarşı və onun nəticələrini aradan qaldırmaq uğrunda mübarizəsini və işini dövlət səviyyəsindən ümumxalq, ümummilli səviyyəyə keçməsinə nail olmaq, insanlarımızı yurdlarımızın azad olunması məsələsinə səfərbər edərək, Vətən və torpaq uğrunda bir yumruq kimi birləşdirmək, hakimiyətə işğal olunmuş antiterror əməliyyatlarına başlamaq məsələsində cəmiyyətin tələbi və bü halda tam dəstəyini ifadə etmək mitinqin məqsədi elan edildi.

Məhz bu məqsədlərdən çıxış edərək təşkilatçılar əvvəldən bəyan etdi ki, mitinq siyasi müxalifətin mitinqi deyildir və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər, o cümlədən istefa kimi tələblər qoyulmur və səsləndirilməyəcək. Baxmayaraq ki, mitinqin təşkilatçıları sırasında mövcud azərbaycan daxili siyasi kursuna və Qarabağ siyasətinə müxalifətdə olan ictimai siyasi qüvvələrin nümayəndələri təmsil olunur. Mitinqin təbliğatı, mitinqə hazırlığın razlaşdırlmış aksiya təbliğatı və hazırlığı şəklində aparılmışdır. Bəyan edilmişdir ki, mitinqin təşkilatçıları xüsuisi həyati əhəmiyyətli vəziyyət tələb etməyincə Qarabağ şüarları altında hər hansı daxili gərginliyin, kütləvi etiraz aksiyaları formasında qarşıdurmaları, Qarabağ mövzusundan daxili siyasi məqsədlər üçün istifadəni məqsədəuyğun saymır.

29 sentyabr Qarabağ Mitinqi ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olundu və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə səsləndi. Azərbaycan cəmiyyətinin Bu müzakirələrin gedişində Qarabağ məsələsi Azərbaycanın bir nömrəli, əsas milli məsələsi, birləşdirici, səfərbəredici, milli ideyası son dövrdə müşahidə olunan ən vüsətli şəkildə meydana çıxdı. Bu günə demək olar ki, eşidilməyən və diqqət cəlb etməyən tək- tük səsləri istisna etsək, nə müxalifət, nə də iqtidaryönlü dairələr və şəxslər tərəfdən Qarabağ mitinqi ideyası əleyhinə açıq kampaniya aparılmamsı da diqqəti cəlb etməyə bilməz. Bunlar ona əsas verir ki, Qarabağ mitinqinin məqsədlərinin müəyyən bir qisminə hələ mitinq keçirilməmişdən əvvəl nail olunduğundan danışmaq mümkündür. Lakin bu da deyilməlidir ki, Qarabağ məsələsinin milli – vətənpərvər qüvvələrin, ziyalıların, siyasi müxalifətin daha fəal münasibət və dəstəyəyinə ehtiyacı vardır.
Lakin Azərbaycan iqtidarının antidemokratik, avtoritar xarakterindən irəli gələn kütlələrin hər cür ideya fəallığndan ehtiyat etmə, çəkinmə və qorxma Qarabağ mitinqi ideyasına münasibətdə də onun antimilli mövqe tutmasında ifadə olundu. Qarabağ mitinqinə dəstək olmaq əvəzinə hakimiyyət Konstitusiya və qanuvericilik aktlarının tələblərini ayaq altına salaraq 29 sentyabr mitinqinə müraciətə qanunun müəyyən etdiyi müddətdə cavab vermədi və mitinq ətrafında qeyri – müəyyənlik təxribatı törətdi. Ümumi hüquq prinsiplərindən çıxış edilərsə cavab verməmə qadağan etməmə kimi dəyərləndirilə bilsə də Azərbaycan təcrübəsində bu hal dövlət və ciddi hakimiyyət adına yaraşmayan tərzdə hüquq dələduzluğu edilərək polis repressiayaları üçün bəhanə kimi tətbiq edilir. Iqtidarın 29 sentyabr mitinqinə münasibəti Qarabağ komitəsinin mövqeyinə, şüarlarına və tələblərinə təsir etməyə bilməz və mövqe, şüar və tələblərdə bu öz əksini ən tez bir zamanda tapacaqdır. O cümlədən növbəti mərhələdə mitinqin əsas şüarı kimi "Ya Qarabağı azad et, ya get” şüarının önə çıxarılması təbii olaraq gündəmə gəlir.

Hakimiyyət orqanlarının 29 sentyabr mitinqi ilə əlaqədar qanunsuz hərəkət və ya hərəkətsizliklərinə qarşı hüquqi müstəvidə iş başlanmışdır. Məhkəməyə şikayətlər veriləcək.

29 sentyabrda Məhsul stadionu qarşısına iqtidarın Qarabağ mitinqinə münasibətdə tutduğu mövqeyə etiraz olaraq mitinq təyin olunan vaxtda, saat 15-00-da Qarabağ komitəsi üzvləri gedəcək və mitinq keçirəcək. Hakimiyyət orqanları və polisə qarşı hər hansı müqavimət istisna olunur. 29 sentyabrda mübarizə bitmir, yeni mərhələ başlanır. 29 sentyabr mitinqi ilə bağlı təcrübə növbəti mərhələdə nəzərə alınacaqdır. Növbəti fəaliyyət planları barədə ictimaiyyət müntəzəm olaraq məlumatlandırılacaqdır.
Yaşasın azərbaycan xalqının birliyi!
Qarabağa azadlıq!