adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Sentyabr 2018 14:36
9949
DÜNYA
A- A+

YAZIQ TÜRKİYƏNİN ÜRƏYİ PARTLAMASIN, NEYLƏSİN?

Tramp BMT-dəki çıxışında vətənindən didərgin düşmüş suriyalılardan da danışdı və İordaniyanı təriflədi ki, bu qaçqınlara çox diqqət və qayğı göstərir. Türkiyənin adını da çəkmədi.

Qardaş ölkə 4 milyona yaxın suriyalıya sığınacaq verib. Onlar üçün təhsil də, səhiyyə də pulsuzdu. Adambaşına da deyəsən 650 lirə hər ay yardım alırlar. Hələ ərzaq təminatını demirəm. İndiyədək 32 milyard dollardan artıq suriyalılara pul xərcləyib.

İordaniya da 1000-1500 ailəyə Suriya ilə sərhəddə düşərgə tikib və ordakılar da düşərgədən kənara bir addım ata bilməzlər.