adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2018 11:47
12285
DÜNYA
A- A+

MDB ölkələrindən axtarışa verilən terrorçuların SAYI

MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov 9 min nəfərin axtarışda olduğunu bildirib.

Modern.az"TASS” agentliyinə istinadən xəbər verir ki, axtarışda olanların 5 mininin terror qruplaşmalarında fəaliyyət göstərmiş muzdlular olduğu qeyd edilib.

"Sentyabr ayına görə hazırda MDB məkanında terror və ekstremist xarakterli hərəkətlərə görə 9 min nəfər dövlətlər arası axtarışdadır. Onlardan 5 min nəfəri qanunsuz silahlı birləşmələr və beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrdə fəaliyyət göstərmiş muzdlulardır” – Novikov bildirib.

Onun sözlərinə görə 2015-ci ildən bəri axtarışda olanlardan yalnız 83 nəfər həbs edilib.