adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Sentyabr 2018 11:42
12938
KRİMİNAL
A- A+

Axtarışda olan ata və oğul polisə təslim olub

Axtarışda olan ata və oğul polisə könüllü təslim olub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.