adalet.az header logo
  • Bakı 20°C

Nadir Qafarzadə haqlı imiş - Eminquey yazır

18454 | 2018-09-26 20:37

Toydamikrofonu əlinə alıb, "mən nə deyə bilərəm ki?” deyib, yarım saat danışanadamlar kimi mən nə deyə bilərəm ki?!

"Gəlin mənim də soyuducuma baxın, kitab oxuyanın da"demişdi əjdaha manıs Nadir Qafarzadə. Adam haqqlıdır da. Bizim beynimizə gedən yolmədəmizdən keçir. Elə bir şəraitdə yaşayırıq ki, şair və yaxud yazıçı illərdirəmək verdiyi yazıları çap etdirmək üçün cibindən ən azı 500 manat xərcçəkməlidir. Sonra kitabın reklamı ilə də özü məşğul olmalıdır. Sonra özütəqdimatın təşkilat işlərini aparmalı, sonra kitabının satılmasını təşkil etməküçün şəhərin canına düşüb dükan-dükan gəzməli, kitabını satışa qoydurmalıdır.Elə bilirsiniz asandır?

Mən də kitab çap etdirmişdim. Kitabımı şəhərin məşhur mağazalarından birinəsatışa qoydurmaq istədim. Girdim dükana və rəhbərliyə baş vurdum. Başımınağrısı hələ də getmir. Adam mənə deyir ki, şeir kitbları satılmır, satılanancaq dedektiv və serial tipli kitablardır. Siz niyə dedektiv yazmırsınız? Əlimbaşımda qaldı. Birtəhər razılaşdıq və cəmi 5 kitabımı götürəsi oldular. Çıxandadedim ki, bəy, narahat olma, ikinci kitabda dedektiv şeirlər də olacaq. Üstəlikdə kitabın satışından 30-40 faiz gəlir güdürlər.

Bir mənbədən oxumuşdum ki, Misir kimi ölkədə yazar kitab çıxardırsa onunçapını, reklamını, eləcə də digər məsələlərini dövlət təşkil edir və yazarakifayət qədər qonorar verir. Niyə biz bütün bu məsələləri özümüz həlletməliyik? Və niyə kitabımızın bütün bu işlərini özümüz həll edib özümüzüalçaltmalıyıq? Çünki, bu cəmiyyətdə kitab alıcısının sayı heç 5000-i keçmir.

Nəqədər ki, cəmiyyət kitaba, savada, elmə yox manıslara üstünlük verəcək, bucəmiyyət bir o qədər həmin əməlindən əziyyət çəkəcək.

Bugüngündəmdə olan mövzulara baxın. Vayner Sabina Katanova çöldə fanatlarınınizdihamı ilə qarşılaşıb. Fanatlar da ki, nə fanat. Hamısı 15-16 yaşındacocuqlar. Bizim bu Katanova da sevincək olub. Onu öpür, bunu öpür. Onuntelefonuna gülümsəyir, bunun telefonuna dodaq yumrulayır, bu minvallamühafizəçilər Katanovanı maşına mindirirlər.

İndigəlin əlmizi çənəmizə qoyub fikirləşək.

Başıqurşağından aşağı işləyən bu gənclikdən gələcəkdə nə gözləyə bilərsiz? Bəllidirki, bu ərgən uşaqlar Katanovanadan ötrü niyə sinov gedir. Bugün belə adamlarıntəbliğatı nəyə gətirib çıxarır, bilirsiz? Məsələn, elə 15-16 yaşında bir qızbaxıb görür ki, Katanova kimiləri heç nə etmədən altında bahalı maşınlafırlanır, bahalı restoranlarda oturur, bu qədər başıboş kütlə də özünü bundanötrü öldürür, o da başlayır bu yolu özünə rəhbər seçməyə.

Əslində bizbu vəziyyətə qəfil gəlib çıxmadıq. Biz müstəqillikdən bu yana böyük cəhdləbayağılaşırıq, keyfiyyətimiz itir.

MəsələyəBaloğlan Əşrəfov tərəfdən baxmaq istəyirəm. Bu yazının tərəfdarı olan insan,dərd eləmə. Biz fərqliyik. Heç olmasa sevdiyimiz adamlara mesaj yaza bilirik,ən azından xəbərdar oluruq ki, o bu mesajı oxudu, ya yox. Amma Baloğlanmüəllim, illərdir ki, oxuyur, "ay uçan quşlar, bir xəbər verin".Texnika əsrində illərdir ki, quşlardan xəbər gözləmək çox çətindir.

Əgərkanalların birində Vüsal Əliyevi efirə çıxarıb, dediyim bayağı mahnılarınıoxudurlarsa, Vüsal da bu illər ərzində hələ də dərk etməyibsə ki, oxuduğumahnılar bir qəpiklik deyil, deməli, vəziyyət həqiqətən də ağlamalıdır. Mənəmaraqlıdır, bu adamlar Yeni ili hansı düşüncəylə qeyd edir?! Yəni hər il yeni ilingəlişini qeyd edən adamlar niyə hələ də olduqları yerdən bir addım dairəliləyə, inkişaf edə bilməyiblər?!

Əgər bu gün qurşaqdan aşağı, içində gülüş olmayan videolar çəkənHüseyn Əzizoğlu məşhurdursa, sevilirsə, böyük kütləsi varsa, əgər PərvizBülbülə kimi adamlar şeirdə ayrıldıqları qızı qarşılarına qoyub danlayırlarsa,təhqir edirlərsə, bunun da adını şeir qoyub camaata sırıyırlarsa, deməli, budurumda zəif bənd bizik.

Şəhərin gecəqondular olan qəsəbəsində yaşayıram. A kişi, hamı ya "Mersedes”sürür, ya da bahalı "Cip”. Di gəl ki, borca görə işığını kəsirlər, qonşusundanborc istəyir. Hamı serial qəhrəmanı, şou-biznes adamı kimi görünməyə çalışır.Adi günlərdə "Vest” siqareti çəkən adam, toya "Marlborro” alıb gedir. Həəə,bax, bu məqamda bizimkilər "Range Rover" sürəndə"Tom and Jerry” cizgifilmindəki duruma düşür, onlar da evdə lüt gəzib,çimərlikdə şortik geyinirdilər. Yəni əsas qıraqdan baxan biziyaxşı görsün.

Nəticə:Deməli, senzuraya ehtiyac var! Deməli, cəmiyyət öz başına, öz gücünəarınmayacaq. Müdaxilə etmək lazımdır.

Nədeyim! Allah bizi cəhənnəm əzabından qorusun, onsuz da bu dünyada xeyli əzabçəkirik.


TƏQVİM / ARXİV