adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Sentyabr 2018 11:15
4779
GÜNDƏM
A- A+

Azərbaycan avtomatik top istehsal edib

Müdafiə Sənayesi Nazirliyi avtomatik top odlu silahı istehsal edib.

Trend-in məlumatına görə, silah avtomatik tezlikdə 500-dən az olmayaraq, yavaş templə isə 300 mərmi atır. 30 millimetrlik avtomatik top "AT30" adlandırılıb.

Silahın çəkisi 115 kiloqram, təpmə qüvvəsi 40-50 kq/gücdür. Topun uzunluğu 3027 millimetrdir.

Silah ilk dəfə olaraq "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.