700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”
Qəbul imtahanlarında 700 bal toplamış BANM-ın tələbəsi Sona Mehdizadə müsahibə verib.
Adalet.az müsahibəni təqdim edir:
- Sona özünüz haqda bir az danışın.
- Sizcə qəbul imtahanında bu uğurunuzda ən çox kimin əziyyəti var?
- Əlbəttə ki, ilk öncə ailəmin. Mənə hər zaman dəstək olduqları və məni hər zaman ruhlandırdıqları üçün onlara hər zaman minnətdaram. Sonra isə 58 və 147 saylı məktəblərin müdiriyyəti başda olmaqla bütün müəllimlərimə və son 2 il ərzində mənim üzərimdə çox əziyyətləri olan hazırlıq müəllimlərimə təşəkkür edirəm. Bu uğurda hər birinin payı var.
- Niyə I qrupa üstünlük vermisiz?
- Məktəbdə aşağı siniflərdən texniki fənlərə marağım daha çox olub. Riyaziyyat, fizika və kimya sevimli fənlərim idi.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?
- Pianoda ifa etməyi, bədii kitablar oxumağı, təmiz havada gəzməyi və idmanla məşğul olmağı sevirəm.
- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?
- Mən 9-cu sinifdən universitetlər haqqında maraqlanmağa başladım. Bir çox tələbələrdən və müəllimlərdən məsləhət alırdım. Qəbul zamanı isə özüm qərar verdim ki, mən BANM-da təhsil alacam. Fikirləşirəm ki, BANM Azərbaycanda mühəndislik sahəsində olan universitetlərdən ən yaxşısıdır.
- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- Mən BANM-ın "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim.
- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?
- Sizcə mühəndislik peşəsi xanım üçün çətin olmaz ki?
- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?
- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?
- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?
- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır?
- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?
- Məsləhətim odur ki, ixtisas seçimini qəbul imtahanından sonra etməsinlər. Əvvəlcədən ixtisas haqqında fikirləşib qərar versinlər. Əgər bir insan qarşısına məqsəd qoysa daha əzmlə çalışar. Bir də, dərsə olduğu qədər istirahətə də vaxt ayırsınlar. Özlərini dünyadan təcrid edib yalnız dərslə məşğul olmasınlar.