adalet.az header logo
  • Bakı 18°C
25 Sentyabr 2018 19:00
9247
DÜNYA
A- A+

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Ticarət Nazirliyi fəaliyyətləri Amerikanın milli maraqlarına qarşı yönələn 12 rus şirkəti əleyhinə sanksiyalar tətbiq edib. Bununla da, Vaşinqtonun Rusiya əleyhinə sanksiyalar siyahısı bir qədər də genişləndirilib.

Bu barədə ABŞ federal qeydiyyatında yerləşdirilən bildirişdə deyilir. Lakin sanksiyaların dəqiq qüvvəyə minmə tarixi göstərilmir.

Sənədə əsasən, sanksiyialar siyahısında adları çəkilən 12 rus şirkətinə münasibətdə ikili təyinatlı ABŞ məhsullarının ixracından imtina prezumpsiyası tətbiq ediləcək.

Vaşinqton hesab edir ki, Rusiyanın 12 şirkəti və onların İran və Belarusdakı filialları ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarının ziddinə fəaliyyət göstəriblər.

Xüsusilə vurğulanır ki, sanksiyalar siyahısına əlavə edilən 12 rus şirkəti kiberməkanda Rusiyanın zərərli subyektlərinin fəaliyyətinə dəstək veriblər, həmçinin, Rusiya hərbi dəniz qüvvələrini avadanlıqla təchiz ediblər və Rusiyanın hərbi kosmik sferasına dəstək göstəriblər. Bütün bu fəaliyyətlər isə, Rusiyaya münasibətdə əvvəlki sanksiyaların pozulması olmaqla yanaşı, ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradan davranışlardır.(azvision.az)