adalet.az header logo
  • Bakı 13°C
25 Sentyabr 2018 18:42
6316
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalanıb

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandum imzalanıb.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev imzalayıblar.