adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Sentyabr 2018 18:22
6552
MƏMLƏKƏT
A- A+

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Məqsəd "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas meyarlarındandır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.

(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248)