adalet.az header logo
  • Bakı 19°C
25 Sentyabr 2018 18:16
9201
SİYASƏT
A- A+

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”

Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalçı dövlətə məxsus hərbi aviasiyanın iştirakı iləhərbi təlimlər keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyi bu xəbəri şərh edib.

XİN-dən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür.

Bir daha xatırladırıq ki,cəbhə bölgəsindəvəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.