adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Sentyabr 2018 17:11
17000
İDMAN
A- A+

APF-nin prezidenti yarışda iştirak etdi

Azərbaycan Paurliftinq Federasiyasının prezidentiƏləddin Əliyev yenidən yarışlara qatılıb. 20 il sonra yenidən həyəcanlı anlar yaşadan Ə.Əliyev 100 kq çəki dərəcəsində bech press hərəkəti üzrə 230 kq nəticə ilə birinci yerin qalibi olub.

Ələddin Əliyev yarış barəsində fikirlərini bölüşüb: "Düzdür yarışa qatılmağım nə qədər həyəcanlı olsa da, bir o qədər də məsuliyyətli hiss idi. Əsas məqsədim gənclərə mənəvi dəstək idi. Gənclərimizə dəstək olmaq bizim ən öndə olan uğurumuzdur. Bu yarışda qalib gəlmək, sözün açığı, mənə bir o qədər də önəmli deyildi. Maraqlı olan gənclərimizin reaksiyası oldu. Gözlənilməz bir addım atdım. Bu sırf gələcək yarışlarda gənclərimizin uğurlu nəticə göstərmələri üçün atılmış bir addım idi".