adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Sentyabr 2018 17:09
6366
GÜNDƏM
A- A+

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Azərbaycanda "Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur.

Modern.azxəbər verir ki, həmin dronun maketi Bakıda keçirilən "ADEX-2018" beynəlxalq müdafiə sərgisində bu gün təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailin "Aeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı güman edilir.

Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan "Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.