adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Sentyabr 2018 10:07
12685
DÜNYA
A- A+

KREML LDP VƏ KP-nı CƏZALANDIRMAQ İSTƏYİR

«Vedomosti» qəzeti mənbələrinə istinadən bildirir ki, Rusiyanın Xabarovsk, Primorsk və Vladimirovski vilayətlərində keçirilən qubernator seçkilərinin nəticələrinə görə Liberal Demokratik və Kommunist Partiyalarını cəzalandırmağı planlaşdırır.

«Onlar qırmızı xətti keçirlər. Artıq müxalifət kimi deyil, hakimiyyətin taleyini bölüşdürmək səviyyəsinə çatıblar» - deyə prezident administrasiyasına yaxın mənbə bildirib.

Qəzetin məlumatına əsasən Vladimirski və Xabarovsk vilayətlərində bütün hazırlıqlara görə «Yedinaya Rossiya» partiyasının namizədləri qalib gəlməliydilər. Lakin hər iki vilayətdə böyük səs çoxluğu ilə Liberal Demokrat Partiyasının namizədləri qalib gəliblər. Xakasiyada da Kremlin bütün səylərinə baxmayaraq, Kommunist Partiyasının namizədi qalib gəlsə də, «çoxsaylı qanun pozuntusuna» yol verilməsi bəhanəsi ilə seçkilərin nəticələri ləğv olunub.