adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2018 13:28
13102
DÜNYA
A- A+

İSRAİL TƏLAŞ İÇİNDƏ

Kremldən verilən məlumatlara görə, İsrail tərəfinin təşəbbüsü ilə RF-nın prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netenyahu arasında telefon danışığı aparılıb. Danışıq zamanı Netenyahu bildirib ki, «məsuliyyətsiz əllərə bu növ silahların verilməsi regionda riski daha da artıracaq». Putin isə bildirib ki, «bu hazırki vəziyyətə görə, qəbul edilmiş adekvat qərardı».

İsrailli hərbi ekspert Andrey Kojinov hesab edir ki, Moskvanın bu qərarı Rusiya və İsrailin birbaşa hərbi toqquşması ilə nəticələnə bilər. ««S-300» raketlərinin Suriya hərbi qüvvələrinə verilməsinin İsraillə münasibətlərə təsir etməyəcəyi ilə bağlı verilən bəyanatların reallıqla əlaqəsi yoxdur. Bu İsrail üçün ciddi təhlükədi»- deyə bildirən hərbi ekspert daşa sonra əlavə edib ki, suriyalılar «S-300» raket komplekslərini əldə etməklə İsrailin təyyarələrini vurmaq imkanları qazanacaqlar. Bundan başqa, onlar təkcə öz hava məkanlarını deyil, həmçinin, İsrailin Ben-Qudon Beynəlxalq Aeroportuna qədər hava məkanını nəzarətə götürəcəklər. «Bu isə o deməkdir ki, nəinki hərbi, həmçinin, mülki təyyarələr də təhlükə altına düşəcəklər». «Rusiyanın yaratdığı çətir» altında İran Suriyaya qaçaqmalçılıq yolu ilə silah daşınmasını bir az da aktivləşdirəcək ki, bunu da nə Livan, nə də İsrail tərəfi cavabsız qoymayacaq.

Nəticədə isə Rusiya İsrail qarşıdurması qaçılmaz olacaq.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Suriyaya «S-300» zenit-raket sistemlərinin verilməsini «böyük səhv» adlandırıb. Dövlət katibi Maykl Pompeu isə bu məsələni BMT Baş Assambleyasının 73-cü ssesiyasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edəcəyini bildirib.