adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Sentyabr 2018 14:45
13227
İDMAN
A- A+

Futbol qadınlardan da gözəldir...

İdmanın şahı futbol dünyada sevilən, daim diqqətdə qalan bir oyundur. Futbol son vaxtlar şouya çevrilib. Futbolçuların, məşqçilərin oyundan əvvəl yaxud oyundan sonra dedikləri futbol tarixində iz qoyub. Tanınmış futbolçular, məşqçilər və digər futbol adamlarının həyatı həmişə maraqla qarşılanıb, bugün də azarkeşlər tərəfindən diqqətlə izlənilir. Ulduzların nə qədər qazanması, nə geyinməsi, hansı marka avtomobil alması, harada dincəlməsi, kiminlə eşq macərası yaşaması... Bu haqda mətbuatda gedən xəbərlər zaman-zaman gündəmi zəbt edir. Tanınmışların vaxtilə mətbuata bildirdiyi maraqlı fikirləri toplayıb təqdim edirik.


- Yohan Kroyf: "Futbol sadə oyundur. Ən çətini futbolu sadə oynamaqdır".

- Mişel Platini: "Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər".

- Şenol Günəş: "Əvvəllər kasıblar futbol oynayır, varlılar isə izləyirdilər. İndi isə varlılar oynayır, kasıblarsa baxırlar".

- Lionel Messi: "Ronaldonun ya mənim ən güclü olduğumu soruşsalar, Ronaldinyonun həyatda olduğunu söyləyib söhbəti bağlayaram".

- Kriştiano Ronaldo: "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem isə yaraşıqlıdır deyə sevilirlər. Mən isə bunların hamısına sahib olduğum üçün sevilmirəm".

- Kərim Benzema: "Arsenal"ın formasını geyinincə, həbsxanaya düşməyi üstün tutaram".

- Slaven Biliç: "Qadınlara hörmətlə yanaşıram. Amma futbol onlardan da gözəldir".

- Aatif Chahechouhe: "Soyadımı düzgün yazmaq üçün çox çalışmışam. Hələ də hansı mənanı daşıdığını bilmirəm".

- Çiçarito: "Bəli, xristian ola bilərəm. Amma həyatda örnək aldığım tək insan Həzrəti Məhəmməddir (ə.s.)".

- Tolqa Zəngin: "Olimpiya stadionunda yeganə gözəl şey oranın Atatürkün adını daşımasıdır".

- Filip Lam: "Məni mövsüm ərzində tez-tez oyuna çıxmaq yox, kubok qaldırmaq yordu".

- Samuel Eto'O: "Çox məşqçilərlə işlədim. Amma Mourinyodan bir dənədir".

- Mario Balotelli: "İtaliya yığmasında oynamaqdan gözəl bir şey varsa, o da Pirlo ilə eyni komandada yer almaqdır".

- Manuel Fernandes: "Portuqalların və ispanların ötürmə ilə, türklərin isə ürəkləri ilə oynadığı oyunun adı futboldur".

- Pep Qvardiola: "Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçu etmək idi. Amma o məni dünyanın ən yaxşı məşqçisi etdi".

- Neymar: "Uşaq ikən Devid Bekhemin heyranı idim. İndi böyümüşəm və görürəm ki, heç nə dəyişməyib".

- Devid Bekhem: "Futbolu buraxmağı ilk dəfə nə vaxt düşünmüsən? Messinin topu sağımdan atıb solumdan sürətlə keçdiyi an".

- Arsen Venger: "Teo Uolkott o qədər sürətlidir ki, bəzən məşqlərdə unudub topu keçdiyi vaxtlar olur".

- Zlatan İbrahimoviç: "Ronaldo şanslı birisidir. Hər dəfə Messinin "Qızıl top" almağını biletsiz izləyir".

- Mussa Sou: "Futboldan imtina edərəm, amma orucumu pozmaram. Pul bu dünyada keçərlidir. Bir müsəlman olaraq axirətim daha önəmlidir"

- Roberto Mançini: "Kriştiano Ronaldonu saxlamaq üçün polis çağırmaq lazımdır"


- Pavel Nedved: "Bir komanda aşağı liqaya düşərsə, oradan futbolçular gedər, adamlar qalar".


- Sergen Yalçın: "18 yaşına çatmamış mərc atan gənclərə nə deyərdim? Bundesliqaya atmasınlar, orada sensasiya çox olur".


- Luis Felipe Skolari: "Əgər bir kuboku qazanmaq istəyirsinizsə, Pelenin dediklərinin əksini edin".


- Yohan Kroyf: "Top bizdə olarkən rəqib qol vura bilməz".

- Antonio Kassano: "İnter"də ən yaxın dostum Naqatomodur. Çünki danışanda bir-birimizi başa düşmürük".


- Xuan Laporta: "Ronaldonun Messidən üstün ola biləcəyi tək yer kompüter oyunlarıdır".


- Arda Turan: "Falkao cərimə meydançasında milçək görsə belə onu tutub qapıya ata bilər".


- Xavi: "Gündəlik həyatda belə sağa-sola baxaraq boş yer axtarıram".


- Zinəddin Zidan: "Oğlumla baxçada futbol oynayanda sevdiyimiz futbolçular olurduq. O, məni seçirdi, mənsə Ronaldonu".


- Joze Mourinyo: "30 yaşında Ronaldoya məşq keçmişəm. Krişianoya deyil, həqiqi Ronaldoya".


- Kriştiano Ronaldo: "Mourinyo haqqımda pis fikirlər səsləndirə bilər. Ona sadəcə bir şey demək istəyirəm, heç vaxt yemək yediyim qaba tüpürməmişəm".


- Aleks Ferqyusson: "Futbol statistikası mini yubkaya bənzəyir. Çox yerlər görünür, amma "əsas məsələ" gizli qalır".


- Stiven Cerard: "Zərbənizlə təkcə qapıçını keçməyi yox, həm də onu məhv etməyi düşünün".


- Mario Balotelli: "Hakim formamı çıxardığım üçün yox, bədənimə qısqandığı üçün mənə sarı vərəqə göstərdi".


- Xristo Stoiçkov: "Məni saxlamaq üçün tapançaya ehtiyac var idi. Messini saxlamaq üçünsə pulemyota".


- Kriştiano Ronaldo: "Oyunlardan sonra hamıdan tər, Bekhemden isə parfümeriya qoxusu gəlirdi".


- Yoxan Kroyf: "Həkimlər siqareti atmasam, futbolu buraxmalı olacağımı demişdilər. Mən də futbolu buraxdım".


- Xavi: "Aşağı yaş qrupunda oynayarkən məşqçimiz Çarli Reksaç bizə tək ötürmə yox, yarım ötürmə ilə oynayın deyərdi".


- Xose Luis Oltra: "Messini necə saxlayacağımızı düşünərkən... Qvardioladan onu oynatmamasını xahiş edə bilərəm".


- Fatih Terim: "Bəzən cəsur oynayıb məğlub olmaq, qorxaq oynayıb qalib gəlməkdən yaxşıdır".


- Dieqo Maradona: "O mənim deyil, Tanrının əli idi".


- Arsen Venger: "Tərəfdarlarımızdan tək istəyim türk bayrağına hörmətlə yanaşmalarıdır. Çünki türklər bayraqlarına görə canlarından keçərlər".


- Ronald Atkinson: "Həyatımda heç vaxt hakimlərlə bağlı fikir bildirməmişəm. Ənənəni bu gün oyunumuzu idarə edən əclafa görə pozmayacam".


- Corc Best: "Əgər bir qədər çirkin olsaydım, nə Pelenin, nə də Maradonanın adı çəkilməzdi".


- Slaven Biliç: "Preymer Liqa eynilə Hollivud kimidir. İşləmək və oynamaq üçün.


- Devid Bekhem: "Futbolun sadə qanunu var. Hərəkət edəni vurmaq lazımdır. Əgər rəqib hərəkətdə deyilsə, onu hərəkətə başlayana kimi yenə də vurmaq lazımdır".


- Arsen Venger: "Biz ulduz düzəldirik, onları almırıq".


- Antonio Kassano: "Milan"dan yüksəkdə ancaq səmanın olduğunu demişəm? Düzdür. Amma "İnter" səmadan da yüksəkdədir".


- Zlatan İbrahimoviç: "Qvardiola əla məşqçi olsa da, qorxaqdır. İnsan kimi o, kişi deyil".


- Arriqo Sakki: "İtaliya futbolu qorxaqların oyunudur. 2 nəfərlə hücum edirlər, 10 nəfərlə müdafiə olunurlar. Gənc futbolçular isə ehtiyatda otururlar".


- Bob Peysli: "Əgər cərimə meydançasının daxilində topla nə etməli olduğunu bilmirsənsə, sadəcə, qol vur. Oyundan sonra nə etməli olduğunu aydınlaşdırarıq".


- Bill Şenkli: "Hakimlərin ən böyük problemi ondadır ki, onlar qaydaları bilirlər, lakin futboldan başları çıxmır".


- Valeri Lobanovski: "Oyun unudulur, tarixdə nəticə qalır".


- Cok Steyn: "Öz qapını qorumaq üçün ən münasib yer rəqibin cərimə meydançasıdır".


- Canluici Buffon: "Yuventus" mənim qanımdadır. Özümü heç vaxt başqa klubun formasında görməmişəm".

- Corc Best: "Mən öləndə heç kimin yadına kiminlə dalaşdığım, neçə dəfə qəza törətdiyim, qızlarla vaxt keçirməyim düşməyəcək. Bunlar hamısı vacib deyil. Məni sərgilədiyim oyunla xatırlayacaqlar".


- Devid Bekhem: "Məktəbdə komanda yığanda məni ən axırıncı seçirdilər. Çünki boyca hamıdan balaca idim".


- Xavi: "Sübut etdim ki, futbolda istedadlı olmaq fiziki göstəricilərdən vacibdir".


- Roberto Karlos: "Uşaq vaxtı bir dəfə məşqçim mənə yaxınlaşaraq demişdi ki, boyun balaca olduğu üçün səndən heç vaxt futbolçu çıxmayacaq".


- Manuel Noyer: "193 sm boyum var. Amma bir vaxtlar boyum çıxmadığına görə az qala "Şalke"nin akademiyasından qovulacaqdım".


- Andres İnyesta: "12 yaşım olanda atam 3 ay pul yığmışdı ki, mənə təzə buts alsın. İndi çoxlu pulum var və həmin butsu indiyə kimi saxlayıram ki, haradan çıxdığımı unutmayım".


- Pol Skoulz: "Aleks Ferqyussonu ilk dəfə görəndə yaman qorxmuşdum. Düzünə qalsa, ondan indi də qorxuram".


- Aleks Ferqyusson: "Filippo İnzagi ofsayda doğulub".


- Filippo İnzagi: "Çoxları arzulamaq, bir qisim insanlar isə arzu olmaq üçün doğulurlar".


- Oliver Kan: "İmicim xoşuma gəlir və onu dəyişmək fikrim yoxdur".


- Erik Kantona: "Raymon Domenik... XVI Lüdoviqin (1754-1793) vaxtından bu yana ən pis məşqçidir".


- Françesko Totti: "Penalti - ölüm qərarıdır. Həm də icraçının ölümü ilə nəticələnə biləcək bir qərardır".


- Joze Mourinyo: "Mənə atılan daşlardan heykəl düzəltmək olar".


- Robin van Persi: "Ailəm tribunadan oyunuma baxdığı zaman meydanda mümkün olmayanı da etməyə çalışıram".


- Zinəddin Zidan: "Qələbədən heç vaxt doymaq olmaz. Ardıcıl 10 oyunda qalib gəlsəniz, 11-ci də də zəfər çalmaq istəyəcəksiniz".