adalet.az header logo
  • Bakı 12°C
25 Sentyabr 2018 14:11
9408
DÜNYA
A- A+

«PARLAMENT BVF-dən ƏMR ALMAZ…»

İordaniyada illik gəliri 25 min dollardan aşağı olanlardan gəlir vergisi tutulmur. BVF (Beynəlxalq Valyuta Fondu) tələb edib ki, bu rəqəm yarıbayarı azalsın. Ölkənin baş naziri də bu rəqəmi 13 min dollara endirib və göndərib krala. Kral Abdulla da baş nazirin layihəsini göndərib Parlamentə. Parlament bu layihəni geri qaytarıb. Kral ikinci dəfə göndərib parlamentə ki, BVF belə tələb edir. Parlament yenidən bu layihəyə «yox» deyib. Spiker də bəyanat verib ki: «Parlament BVF-dən əmr almaz. Parlament ölkənin öz maraqlarını diqqətə alır».