adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Sentyabr 2018 14:09
8391
GÜNDƏM
A- A+

UĞURSUZ HÜQUQŞÜNASIN QATIQLAMASI

Bir uğursuz hüquqşünas (adını çəkib şərəfləndirmək istəmirəm, onsuz da adı heç nə demir) xaricdə fəaliyyət göstərən telekanalların birində, qarabağlılar demişkən, qatıqlayıb. Qarabağlıları təhqir edib, aşağılayıb. Hardan təlimat verirlər, hardan göstəriş alırlar bilinmir. On milyonluq bir xalqıq, 70-ə yaxın əyaləti olan bir ölkəni regionlara bölməkdən də şərəfsiz bir şey yoxdu. Bu uğursuz hüquqşünasın dalbadal iki dəfə qarabağlıları təhqir eləməyinə İlham İsmayıl öz Facebook səhifəsində tutarlı cavab verib. Baxıram, şəhrlərdə İlham İsmayılı qınayanlar var ki, deyir-deyir də, siz niyə onun səviyyəsinə enib cavab yazırsınız. Özü də bunu bir neçə adam yazıb.

Deməli, qarabağlıları söysünlər, təhqir eləsinlər, qarabağlılar da cavab verməsin? Bu nə məntiqdi? Sözə baxın, qarabağlıların qız-gəlinləri erməni əsirliyindədi, qarabağlıların torpağı işğal olunub, getsinlər öz torpaqlarını azad etsinlər. Qarabağ təkcə qarabağlılarındımı? Müharibəni hansısa əyalət eləmir, dövlət eləyir.

Deyəcəksiz ki, milçək bir şey deyil. Bəli, milçək bir şey deyil, amma ürək bulandırır, həmin uğursuz hüquqşünas kimi.