adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Sentyabr 2018 14:06
6430
MƏMLƏKƏT
A- A+

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB

Kərə yağı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət daxil olub. Bu barədə AQTA-nın mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, şikayət əsasında yoxlamalar aparılıb:

"Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər həyata keçirilib.

Məlumat üçün bildiririk ki, süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olan müəssisələrdə tərəfimizdən mütəmadi olaraq monitorinqlər həyata keçirilir”.

İstehlakçılar digər bütün qida məhsulları kimi duru və kərə yağlarının keyfiyyətilə bağlı şikayət olduğu təqdirdə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.