adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Sentyabr 2018 12:47
8231
GÜNDƏM
A- A+

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ

"Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur”.Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün insanların arasında düzgün təbliğat getmir.


"Azərbaycanda olan bütün texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək. İnsanlar arasında da düzgün təbliğat aparılmır. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalardan, avadanlıqlardan geri qalırdıq, ancaq bu gün tibb müəssisələrimiz bütün müasir texnologiyalar ilə təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdı”.


Ə.Əmiraslanov deyib ki, bu gün vərəm problemi dünyanı ən çox narahat edən problemdir və böyük insan tələbatına səbəb olur.


"Bu məsələyə mühüm önəm veririk və gələcəkdə də onu diqqətdə saxlayacağıq. Bizi daim narahat edən bir məsələ insan orqan və toxumalarının transplantasiyasıdır”.(modern.az)