adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2018 12:41
9303
İDMAN
A- A+

Elmar Qasımov gürcü rəqibinə uduzdu - Dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Cüdoçumuz Elmar Qasımov səkkizdəbir finalda gürcüstanlı Varlam Lipartelianiyə məğlub olub.

Adalet.az xəbər verir ki, o, bununla da dünya çempionatında mübarizəni dayandırıb.

***

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Adalet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib.

1/16 final görüşünə də çıxan E. Qasımov qələbə qazanıb.100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq.