adalet.az header logo
  • Bakı 6°C
25 Sentyabr 2018 12:14
42945
SAĞLAMLIQ
A- A+

Yeməkdən sonra nə xəbərdir?

Sevdiyimiz şeylər o qədər zərərlidir ki... Sağlamlığımızı qorumaq, sağlam bir həyat yaşamaq öz əlimizdədir. Budur, oxuyun, yemək yeyəndən sonra bunları etmək olmaz.



O dəqiqə yatmayın: Yeməkdən dərhal sonra yatmaq da həzm sisteminin yaxşı işləməməyinə və bağırsaq iltihablarına, mədənizin narahatlığına səbəb olur. Xüsusilə də yeməkdən sonra o dəqiqə yatmaq kökəlməyinizə səbəb olur.


Duş qəbul etməyin. Yeməkdən dərhal sonra duş qəbul etmək qan axışını əl və ayaqlara doğru çoxaldır. Həzm sistemi üçün də zərərlidir.


Gəzintiyə çıxmayın. Yediyiniz qidalardakı vitaminlərin həzmə getməməsinə, yəni yediyimiz yeməyin fayda baxımından heç bir mənasının qalmamasına səbəb olur. Gəzintini 1 saat sonraya saxlayın.

Əsla kəmərinizi boşaltmayın, yeməkdən sonra kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb olur.

Çay içməyin. Şərq mədəniyyətinin ən vacib vərdişlərindən biri olan yeməkdən sonra çay içmək də sağlamlıq üçün faydalı hesab olunmur. Yeməkdən sonra içilən çay tərkibində dəmir olan qida yeyilibsə, alınan dəmirin bədəniniz tərəfindən istifadə olunmasının qarşısını alar.

Meyvə yeməyin. Yeməkdən sonra meyvə yemək mədənizin hava ilə dolmasına səbəb olur.

Siqaret çəkməyin. Araşdırmalara görə yeməkdən sonra çəkilən 1 siqaret 10 siqaretə bərabərdir və xərçəng riskini artırır.