Əbülfət Mədətoğlu: Könlüm elə qovrulur
Könlüm elə qovrulur -
Tüstüsü göz çıxarır...
Ruhum elə sovrulur -
Canımdan söz çıxarır...
Bir sevgi təbəsinin
Hiss etdikcə təsirin...
Buz kimi təbəssümün -
Dilimdən " döz!" - çıxarır...
Gah xəncər , gah da ki , mil
Edib sinəmi dil -dil
Ürəyimdən elə bil -
Kösöv , ya köz çıxarır...