adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 17:48
11779
DÜNYA
A- A+

MOLDOVA PREZİDENTİ VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI

Moldova Konstitusiya Məhkəməsinin qərarı ilə İqor Dodon müvəqqəti olaraq ölkə prezidenti vəzifəsinin icrasından kənarlaşdırılıb.

Bu qərar Dodonun yeni nazirləri təsdiq etməkdən imtinasından sonra baş verib. Konstitusiya Məhkəməsinin qərarına əsasən parlament sədri və ya baş nazir prezident vəzifəsinin icrasına Nazirlər Kabinetinin iki üzvünə həvalə edə bilər.

Xatırladırıq ki, əvvəllər də nazirlərin təsdiqindən imtina etdiyinə görə, üç dəfə Dodon müəvqqəti olaraq prezident vəzifəsinin icrasından uzaqlaşdırılmışdı.