adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 18:00
40822
DÜNYA
A- A+

SURİYAYA S-300 RAKET KOMPLEKSLƏRİ VERİLƏCƏK

Rusiya iki həftə ərzində Suriyada S-300 kompleksləri yerləşdirəcək. Bu barədə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu məlumat verib.

«Suriya hərbi qüvvələri tezliklə müasir S-300 zenit-raket kompleksləri ilə təmin olunacaq. Bu komplekslər 250 km məsafədə hava hücumunu müəyyənləşdirməklə bir neçə hava nöqtələrini məhv etmək iqtidarındadı» - deyə bildirən Sergey Şoyqo bu raket kompleksləri Suriyanın hərbi hava qüvvələrinin döyüş qabiliyyətini gücləndirəcəyini bildirib.