adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 17:49
10819
ELM VƏ TƏHSİL
A- A+

UNEC-in dəyərləri

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:

Adalet.az həmin dəyərləri təqdim edir:

Akademik azadlıq:UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiqdirlər.

Akademik etika:UNEC bütün fəaliyyətlərində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.

Layiqlilik:UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.

Şəffaflıq:UNEC fəaliyyətlərini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.

Mükəmməllik:UNEC üzvləri bütün fəaliyyətlərində daim daha mükəmməl olanı əldə etməyə çalışır.

Keyfiyyətlilik:UNEC bütün fəaliyyətlərində yüksək keyfiyyət prinsipinə sadiq qalır.

İştirakçılıq:UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.

Fərqliliklərə hörmət:UNEC bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.

Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətlərini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.

Ekoloji həssaslıq:UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.