Tarixin özünə çevrilən şahid - Ziyəddin Sultanov

ƏBÜLFƏT MƏDƏTOĞLU
90241 | 2018-09-24 17:11

Hər dəfə yolum,sözüm Qarabağdan düşəndə onu xatırlayıram. Və hər dəfə də onu xatırlayandaözümdən asılı olmadan gözlərimin qarşısında Xankəndi canlanır. Və bu canlanma məniuşaq kimi əlimdən tutub aparır düz o vaxtkı Vilayət Partiya Komitəsinin yerləşdiyi binanın önünə.Və o binanın qarşısındakı meydançadan baxıram pilləkəndə dayanmış yaraşıqlı, həmdə ətrafa bir etinasızlıq, bir saymamazlıq ifadə edən o insana. Düşünə bilərsinizki, yəqin bu İNSAN böyük maddi imkanların və yaxud da böyük bir gücün sahibidi.Xeyr, əsla! Bu insan sözün həqiqi mənasında şəxsiyyətdi. Sənətinin, peşəsininmükəmməl bilicisidi və bir də SÖZün ağasıdı. Ona görə də Dağlıq Qarabağın erməniməmurları onun Xankəndində görünməsindən, burda çalışmasından həm narazıdılar,həm də ehtiyat edirlər. Çünki o, güzəşt etməyi, erməni harınlığını bağışlamağıbacarmır. Və bir də bu İNSAN çalışdığı"Kommunist" qəzetinin bölgə müxbiri olaraq hər bir faktınarxasında, hər bir yazının sonunda özünün qürurunu və faktını ifadə edir. Onagörə də erməni məmurlar, xüsusilə vilayətə rəhbərlik edən Gevorkov onu o qədərdə sevmirdi. Bu isə heç onun vecinə də deyildi. Çünki o, jurnalistdi, o,"Kommunist” qəzetinin bölgəmüxbiridi və o, sözünün sahibidi!

Bəli, barəsindəkiçik bir arayış verdiyim bugünkü həmsöhbətim Əməkdar jurnalist, Prezident təqaüdçüsü,böyük həyat təcrübəsi olan yazıçı-publisist, "Tərəqqi" medallı,Respublika Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Qarabağ bölməsinin sədriZiyəddin Sultanovdur. Mən Ziyəddin müəllimlə söhbətə başlamamışdan öncə artıquzun illərdən bəri adət etdiyimiz özümüzə məxsus hal-əhval tutandan sonra onusöhbətə çəkirəm. İstəyirəm ki, sonra mətbuata çıxaracağım bu söhbət onunhazırlaşmadığı, necə deyərlər, özünün xəbəri olmadan yazdığı müsahibə olsun vəbelə də edirəm. Arın-arxayın bir şəkildə soruşuram:

- Ziyəddin müəllim,siz juranlistikanın, mətbuatın bütün qatlarını, necə deyərlər, bütün incəliklərinikifayət qədər bilirsiniz. Və sizin bildiklərinizi təkcə öyrənməyin özü mənə görəbir məktəb keçməkdir. Bax, təcrübəli bir jurnalist kimi siz bu gün mətbuatımızınecə görürsünüz? Xüsusilə bölgədə işləyən jurnalist kimi mətbuat sizingözünüzün önündə hansı mənzərəni yaradıb?

- Bilmirəm, bunuhansı məqsədlə soruşursan, amma mən demək istərdim ki, daha doğrusu, mənimgördüyüm budur ki, Həsən bəy Zərdabinin, Haqverdiyevin, Üzeyir Hacıbəylinin, CəlilMəmmədquluzadənin bünövrəsini qoyduğu mətbuat bu gün çox dalğalıdı. Yəni eləbil ki, özünə yol axtaran, özünün səmtini müəyyənləşdirmək istəyən dalğadı.Hansı səmtə, hansı sahilə üz tutacağını müəyyənləşdirə bilmir. Buna zamanınhadisələri də öz təsirini göstərir və bu zamandan yararlanıb mətbuata dəxliolmayanların mətbuata gəlməsidi. Ona görədə bizim nəslin, yəni sovet jurnalistikasının şinelindən çıxanların gördükləri,özləri üçün əqidə etdikləri çox məsələlər öz ilkinliyini, əhəmiyyətiniitiribdi. Mətbuat güzgü deməkdi. Güzgü ləkəgötürmür. Amma təəssüf ki, bu gün nəinki güzgüyə ləkə salırlar, hətta onuçilikləyənlər də olur. Bu da bütövlükdə mətbuata kürəyindən sancılan xəncərdi.

- Onda beləçıxır ki, bu gün bölgələrimizdə mətbuatın durumu o qədər də ürəkaçan deyil.

- Bilirsən Əbülfət,ümumiyyətlə, mətbuat özü bütövlükdə Sovet dönəmindəki gücünü, kəsərini,nüfuzunu çox itirib. Bu da cəmiyyətin dəyişməsi və bu dəyişiklikdən istifadəedib bəzi işbazların mətbuata gəlməsi, özləri üçün mətbuat yaratması iləbağlıdı. Təsəvvür edin ki, indi mətbuat şəxsi maraqlara xidmət edir. Kimsəhansısa bir məmurdan, hansısa bir iş adamından, nüfuz sahibindən öz məqsədiüçün yararlana bilmirsə, onu qara qələmlə şantaj etməklə mətbuatın"nişangahına" çevirir. Belə olan halda mətbuat da gözdən düşür, elə mətbuatdaçalışanlar da. Doğrudur, son illərdə ölkə prezidenti, eləcə də Mətbuat Şurası bununla bağlı xeyli işlər görür. Artıqreket jurnalistika ilə kəskin mübarizə aparılır. Bu da imkan verir ki, əsl mətbuat,əsl mətbuat işçiləri yavaş-yavaş öz mövqelərinə yüksələ bilsinlər. Təsəvvüredin ki, bölgə qəzetləri öz gündəlik olma imkanını itirib. Yalnız mənimçalışdığım bölgədə "Kür" qəzeti kollektivin və ona verilən dəstəyinhesabına qəzetə aid ola biləcək gücü ortaya qoyur. Digər rayon qəzetləri isə mahnılarda deyildiyi kimi, beş gündən, ongündən bir çıxa, ya çıxmaya. Bunun özü dəmətbuata olan münasibətə mənfi təsir göstərir, oxucuları mətbuatdan uzaqsalan səbəblərdən birinə çevrilir...

- Üzr istəyirəm,mətbuatdan uzaq düşmək fikri mənim nə vaxtdan bəri ürəyimdən keçirdiyim birsözü yadıma salır. Ona görə də soruşmaq istəyirəm. Sizcə oxucular mətbuatdanniyə üz döndərdilər, niyə uzaq düşdülər? Bunun səbəbi?

- Gəl belədanışaq də. Hər kəs birinci günahı özündə görsə, onda qarşı tərəflə danışmaq,ona həqiqəti çatdırmaq daha asan olardı. Bu mənada birinci mətbuat özü-özünü oxuculardanuzaqlaşdırdı. Yazdığı böhtanlarla, qarayaxmalarla, qeyri-ciddiinformasiyalarla, yazılarında həqiqəti unudub haqsızlıq etmək, ədaləti görməyibədalətsizliyin yanında durmaq və bütün bunların da hamısını tamah məqsədilə,qisas almaq məqsədilə, qələmlə kimisə vurmaq məqsədilə etdiklərinə görə, oxucuda mətbuatdan üz çevirdi. Bununla da müəyyən bir zaman kəsiyində mətbuatlaoxucu arasında geniş bir boşluq, uçurum yarandı. Yaxşı ki, əsl peşəkar mətbuatişçiləri, xüsusilə dövlətdən dəstək alan ciddi mətbuat bu boşluğu, bu uçurumuaradan qaldırmağı bacardı. İndi oxucu artıq üzü mətbuata tərəf gəlməkdədi...

- Ziyəddin müəllim,ciddi mətbuat söyləyəndə ağlımdan gəlibkeçdi ki, bir məsələyə də münasibətinizi öyrənim. Sizcə mətbuatın rəsmi vəqeyri-rəsmi bölgüsü nə qədər doğrudur?

- Əslinə qalsabu bölgü heç də doğru deyil. Yəni mətbuat əvvəldə dediyim kimi güzgüdü. MirzəƏləkbər Sabir demişkən, düzü düz, əyrini əyri yazmalı, göstərməlidir. Amma indibu bölgünün özündə iqtidar-müxalifət anlamı da var. Ona görə də dövlətin mövqeyindən dayanmaq,dövlət qurumlarının təsisçisi, orqanı olan mətbuat iqtidarın müxalif qüvvələri təmsil edən qəzetlərisə müxalifətin mətbuatı sayılır. Bu da müəyyən mənada tələblərin üzərinə məsuliyyətqoyur. İqtidar mətbuatı xalqın, dövlətin mövqeyini təbliğ və təşviq edir, gerçəkləri,reallıqları oxucuya çatdırır, dövlətin siyasətini işıqlandırır. Müxalif mətbuatisə daha çox iqtidarın nöqsanlarından, çatışmazlıqlardan və bir də öz siyasiampulasından çıxış edir. Bu mənim üçün məqbulsayılmayan bir haldır. Ən azından onagörə ki, iqtidar da, müxalifət də bir ölkənin, bir xalqın təmsilçisidir. Deməli, hər ikisi gerçəyi,reallığı təbliğ və təşviq etsə, onda nəticə də, qarşıya qoyulan məqsəd də kifayətqədər önəmli, həm də faydalı olar.

- Ziyəddin müəllim,bir anlıq keçmişə qayıdaq. Mən hər dəfə ötən günləri, içərisində olduğum mətbuatınkeçmişini düşünəndə gözümün önünə çox dəyərli qələm adamları Rəfael Nağıyev,Tofiq Rüstəmov, Nəriman Zeynalov, Əli İldırımoğlu, Möhübbədin Səməd... və digərlərigəlir. Bu jurnalistlər həm şəxsiyyət idilər, həm də sözün sanbalını, çəkisiniortaya qoymağı bacaran mətbuat cəfakeşləri. Bax, siz onlarla bir dövrün mətbuattəmsilçisi olmağa başlamısınız və bölgə müxbiri olmağınıza baxmayaraq, həmin oçəkini özünüzdə ifadə etməyi bacarmısınız...

- Əbülfət,xatırlamalarına görə, müqayisənə görə sağ ol. Amma bir həqiqət var ki, adınısaydığın insanlar, xüsusilə Əli İldırımoğlu özü jurnalistikada bir məktəbdi.Bu adamın bölgə müxbirliyi tədrisolunmağa, araşdırılıb bugünkü jurnalistlərə təbliğ edilməyə layiq səviyyədədi.Onun bu gün də bölgələrdə adı çəkiləndə, barəsində söz düşəndə hər kəs bir fəxarəthissiylə Əli müəllim haqqında danışır, şəxsiyyətinin bütövlüyünü, sözünün kəsərinivurğulayır. Adətən deyirlər ki, mətbuat dördüncü hakimiyyətdi. Yəni hakimiyyətin həm təbliğiylə, həm də onanöqsanları, çatışmazlıqları, problemləri çatdırmaqla görülən işi effektli edir,faydalı müstəviyə çıxarır. Sovet dövründə bölgə müxbirləri ayda bir dəfə özredaksiyalarına gəlir və görülən işlər müzakirə olunur, tapşırıqlar verilirdi.Xüsusilə tənqidi materiallar, felyeton janrı daha çox qabardılırdı. Bu gün isədemək olar ki, tənqidə çox az-az yerverilir. Felyeton isə unudulub. Bölgələrdə, elə paytaxtın özündə də felyeton yazan,ona meyl göstərən bu gün bir kimsə yadıma düşmür. Bunun özü də mətbuata münasibət, onun kəsərliyinin aşağı düşməsikimi halların formalaşmasında böyük şərtdi.

- Siz şəxsiyyətməsələsini qabartdınız. Soruşmaq istəyirdim: şəxsiyyət və peşə bir-birinitamamlamalıdır, yoxsa... Təbii ki, söhbət jurnalistdən gedir...

- Bilirsən, istənilənsahədə, istənilən vəzifədə çalışmaq mümkündür. Amma istənilən adam, istənilən məmur,istənilən peşə sahibi şəxsiyyət deyil. Yənişəxsiyyət olmaq üçün insana aid bütün parametrlər adamda formalaşmalıdı.Birinci növbədə qürur, nəfs, savad, əxlaq və bir də böyük dünyagörüşü şəxsiyyətiformalaşdırır. Bu dediyim cizgiləri özündə cəmləyə bilən hər bir insan tutduğuvəzifədən, peşədən asılı olmayaraq, şəxsiyyətdir. O jurnalisti şəxsiyyətsayırlar ki, o, dediyim cizgiləri ilə yanaşı, həm də peşəsini uca, şərəflitutmağı da bacarır. Şantajdan, nəfsdən, xüsusi olaraq insanlara olan eqoistmünasibətlərdən özünü uzaq tuta bilir. Bax, mənim söylədiklərimi Əliİldırımoğlu özündə elə formalaşdırmışdı ki, onun jurnalistikası ilə şəxsiyyətibütövləşmişdi.

- Xatirələrəqayıtdıq. Siz bölgə müxbirliyini, səhv etmirəmsə, Dağlıq Qarabağdan başladınız. Ona görə də biryazıçı-publisist olaraq Qarabağ hadisələrinin bütün hüceyrələrini görə bildiniz.Və bədii yaradıcılığınızın yönümünü də dəyişdiniz. Qarabağ gerçəkləriniyazdınız...

- Bəli, 1984-cüilin avqustunda Xankəndində fəaliyyətə başladım. Və məni buraya yola salanda tapşırdılar ki, ehtiyatlıol. Vilayətin başçısı ipə-sapa yatmayan və bir az da sayqısız, harınlaşmışadamdı. Gəldim və deyilənlərin də şahidi oldum. Hətta o vaxt Azərbaycan KP MK-nın kənd təsərrüfatıüzrə katibi İsa Məmmədov Xankəndindəiclasda çıxış edərkən nöqsanlardan danışdığı məqamda Gevorkovun və vilayətdə kənd təsərrüfatına rəhbərlik edəninnecə güldüyünü gözlərimlə görmüşəm. Və hadisələrin də bütün mənzərəsi gözümünönündə baş veribdi.

Ona görə də hərdəno gördüklərimi yazdığıma görə, özümdən daxilən razı qalıram. Amma sonra dadüşünürəm ki, Qarabağ gerçəklikləri olan bu kitablar niyə üç yüz, beş yüztirajla, özü də müəllifin hesabına çap olunmalıdır? Niyə bu tarixi həqiqətlər,yazıçı-publisist qələmilə kitaba çevrilən xronika böyük tirajla yayılmır? Hər məktəbə,hər kitabxanaya gedib çatmır. Axı biz ötən əsrin əvvəllərində baş vermişqırğınları, faciələri o dövrün yazıçılarının, jurnalistlərinin əsərlərindəoxuyuruq. Məsələn, Ordubadinin "Qanlı illər" kitabında olduğu kimi.Elə bilərsiniz ki, mən yalnız öz kitablarımı, öz yazılarımı əsas götürürəm,onların tirajlanmasını istəyirəm. Xeyr, söhbət təkcə məndən getmir. Ümumiyyətlə,Qarabağla, işğal olunmuş torpaqlarla bağlı gerçək faktları əks etdirən, oreallıqları özündə cəmləyən yazılar yüksək səviyyədə çap olunmalı və bütün ölkədəyayılmalıdır. Bizim unutqanlığımız gizlədə bilməyəcəyimiz bir gerçəklikdir. Onagörə də mənim tutaq ki, "Anam dağlarda qaldı" hekayəm KəlbəcərinBaşlıbel kəndində olmuş gerçəkliyi əks etdirir. Bu həm də bir ssenaridi. Onu məktəblərdəsənədli film kimi də göstərmək olar.

Ümumiyyətlə, bizbir şeyi unutmamalıyıq ki, illər keçir, yaşlı nəsil tarixin səhnəsindən çəkilir,bizimlə birlikdə şahidi olduğumuzfaktlar da, hadisələr də əbədiyyətə gedir.

Bax, bunu nəzərəalıb biz mənasız, əttökən televiziya verilişlərindən, seriallarından ayrı-ayrıimkanlıların tirajlanan kitablarından qurtulmalıyıq, xilas olmalıyıq.

Bu həm əxlaqımızınməhvinə aparır, həm yaddaşımızın kütləşməsinə şərait yaradır. Ona görə də mənölkə televiziya kanallarındakı mənzərəni acınacaqlı, biabırçı hesab edirəm.

- Ziyəddin müəllim,sizin toxunduğunuz məsələ hər bir Azərbaycan ziyalısı üçün yaralı nöqtədir. Təəssüfki, bu gün bir çox normalar dəyişib, bir çox gerçəkliklər görünməz edilibdi.Amma sizin kitablarınızı oxuyan, sizin yaradıcılığınızı izləyən, sizin Qarabağmüharibəsində keçdiyiniz yoldan xəbərdar olan bir oxucunuz kimi, mən tam əminəmki, istər "Göylərdən gələn gəlin", istər "Güllələnmiş şəhər",istər "Qarabağ müharibəsi: faktlar…hadisələr düşüncələr..." və digər əsərlərinizmütləq yaşadığınız tarixi hadisələrin gerçəyi danışan dili kimi həmişəaxtarılacaq. Çünki siz yaşadıqlarınızı həmbu gün üçün, həm də sabah üçün əsərə çevirmisiniz. Özü də böyük hərflərləyazılacaq...

- Dediklərinihardasa özümə təsəlli kimi qəbul etmirəm. Bilirəm ki, sən də hadisələrin canlışahidisən və bu ağrını-acını sən də mənim kimi canında-qanında çəkirsən. Amma gəlikimiz də etiraf edək ki, bu gün biz başverənlərdən, yaşadıqlarımızdan hələ kifayət qədər nəticə çıxarmamışıq. Hələ dəiçimizdə laqeydlik və bir də mənəm-mənəmlik qalmaqdadı. Bax, məni ağrıdanbudur...

Mən ağsaqqaldostum, dəyərli yazıçı-publisist və Qarabağ müharibəsinin iştirakçısı olan Ziyəddinmüəllimlə çox məqamları birlikdə çözdüm, çox qaranlıqlara birlikdə işıq salmağaçalışdıq. Necə deyərlər, söz sözü çəkdi, fikir fikri. Sonda bir daha əmin oldum ki, ZiyəddinSultanov özü də artıq Qarabağın tarixinə çevrilib. Özü də onu yazan vədanışan tarixinə. Bu tarixin sözü-söhbətiisə qurtaran deyil.

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV