adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 19:35
6725
SAĞLAMLIQ
A- A+

İnsanların ən çox öldürən məhsul

Alkoqol qəbulu ucbatından hər il dünyada 3 milyon insan ölür.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat bu göstəricinin SPİD-dən və avtomobil qəzalarında ölənlərdən çox olduğunu bildirib:

"Spirtli içkilər hər 20 ölümdən 1-nin səbəbidir. Alkoqol ürək-damar sistemində xəstələklərin, serroz və bir sıra xərçəng xəstəliyinin növlərinin yaranmasına şərait yaradır. Alkoqol həmçinin vərəm, HİV və pnevmoniya xəstəliklərinə yoluxma riskini də artırır”.

ÜST-nin məlumatına əsasən, alkoqoldan dünyasını dəyişənlərin dörddə üçü kişilərin payına düşür:

"Hazırda dünyada 237 milyon kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. Orta hesabla 2,3 milyard insan hər gün 33 qram təmiz spirt qəbul edir”.