adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2018 15:42
5730
MƏMLƏKƏT
A- A+

Bakıda avtobusda sahibsiz uşaq tapılıb - FOTO

Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu” MMC məlumat yayıb.

Qeyd olunub ki, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş ediilir.