adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 19:19
19717
MƏDƏNİYYƏT
A- A+

Musiqili Teatr mövsümü “Arşın mal alan”la açdı

Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib.

Adalet.az xəbər verir ki, sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.

Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində teatrın tanınmış və gənc aktyorları rol alıb.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, sənət ocağı Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir neçə səhnə əsəri ilə çıxış edəcək. Teatrın yaradıcı kollektivi festival günlərində teatrsevərlərə "O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” tamaşalarını da təqdim edəcək.