bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Musiqili Teatr mövsümü “Arşın mal alan”la açdı Adalet.az | Musiqili Teatr mövsümü “Arşın mal alan”la açdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Musiqili Teatr mövsümü “Arşın mal alan”la açdı

9601    |   2018-09-24 19:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib.

Adalet.az xəbər verir ki, sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.

Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində teatrın tanınmış və gənc aktyorları rol alıb.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, sənət ocağı Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir neçə səhnə əsəri ilə çıxış edəcək. Teatrın yaradıcı kollektivi festival günlərində teatrsevərlərə "O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” tamaşalarını da təqdim edəcək.




İmza:
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK