adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 15:02
9669
DÜNYA
A- A+

Rusiya Suriyaya S-300 raketləri yerləşdirir

Rusiya Suriyaya S-300 hava hücumundan müdafiə komplekslərini vermək qərarına gəlib.

Adalet.az "Ria Novosti” agentliyinə istinadın xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki həftə ərzində bunun baş tutacağını bildirib.

S-300 kompleksinin Suriyanın hava hücumundan müdafiəsini təmin edəcəyi qeyd edilir.

Nazir bu kompleksin Suriyaya verilməsini 2013-cü ildə dayandırıldığını diqqətə çəkərək, hazırda şəraitin dəyişdiyini bəyan edib. Şoyqu bunun səbəbini Moskvada axtrılmamalı olduğunu da vurğulayıb.

Xatırladaq ki, sentyabrın 17-də Suriyanın hava sərhədlərində Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarəsi Suriya qüvvələri tərəfindən S-200 kompleksi ilə vurulub. Bu hadisənin istənmədən baş verdiyi və burada İsrail qırıcılarını provokasiyasının olduğu bildirilir. Rusiya bu hadisədə bütün məsuliyyətin İsrailin üzərinə düşdüyünü bəyan edib.

Qeyd edək ki, İsrail tərəfi S-300 kompleksinin Suriyaya verilməsi məsələsinə şərh verməkdən imtina edib.(modern.az)