adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2018 15:00
6762
SİYASƏT
A- A+

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycana işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.