“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq
"Facebook”un yaradıcısı Mark Zukerberq "İnstagram” sosial şəbəkəsi və "WhatsApp” messencerində qrup video zənglərinin işə salındığını elan edib.
Adalet.az-ın məlumatına görə, artıq sınaq qrupuna daxil edilmiş "İnstagram” istifadəçilərinin bir hissəsi video zənglər həyata keçirə bilir. Digər istifadəçilər üçün bu funksiyanın bir neçə həftə ərzində istifadə edə biləcəyi mümkün olacaq.
İlkin məlumata görə, qrup video zənglərində 4 nəfərə qədər adam iştirak edə bilər. Zukerberqin sözlərinə görə, istifadəçilər "WhatsApp” messencerində şəxsi zənglər üçün 2 milyarda yaxın dəqiqə sərf ediblər. Elə bu səbəbdən qrup video zəngləri funksiyasının həyata keçirilməsi qərarı qəbul edilib.
Bundan başqa, "İnstagram”da "GoPro” inteqrasiyasını yaradılıb. Onun vasitəsilə sadəcə olaraq tətbiqdə çarxı seçərək redaktə edib "İnstagram” "Histories”lərdə bölüşmək mümkün olacaq.(modern.az)
Digər Xəbərlər
15 Mart 2024 17:59
“Bakcell”ə kommunikasiya direktoru təyin edilib
13 Mart 2024 18:35Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır
10 Mart 2024 14:38Azərbaycan İsraildən "Sky Dew" aerostatını aldı - FOTO
06 Mart 2024 11:21ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi hazırlanıb
05 Mart 2024 22:31