adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 14:26
5679
MƏMLƏKƏT
A- A+

“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti "İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, tədbirdə əmək münasibətləri sistemində gender bərabərliyinin təmini, qadınların sosial vəziyyəti, təhsil səviyyəsi, cəmiyyətdə iştirakı, işləməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, qadınlara iş bacarıqlarının qazandırılması iqtisadi inkişafla yanaşı, eyni zamanda ailədəki mövqeyinin güclənməsinə təsir edir.

Azərbaycan qadınının cəmiyyətdə oynadığı rolun daha da yüksəldiyi, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiyada, sahibkarlıqda, mədəniyyət sahəsində, elm, təhsil, səhiyyədə və digər mühüm sferalarda aktiv iştirak etdikləri qeyd edilib. Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Bununla belə, qanunvericiliklə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik halı hesab edilmir.

Seminarda cinsi ayrı-seçkilik, təhsil və peşə təhsilindəki bərabərsizlik, ev işləri və uşağa qulluq və s. məsələlər müzakirə edilib.