adalet.az header logo
  • Bakı 7°C
25 Sentyabr 2018 11:15
5741
GÜNDƏM
A- A+

QARABAĞ XANLIĞI-270, STEPANAKERT-95

Ermənilər Xankəndinin adını dəyişdirib Stepanakert qoyulmasının 95 illiyini böyük təntənə ilə qeyd etdilər. Şaumyanın heykəlini gülə-çiçəyə tutdular. Xarici ölkələrdən də qonaqlar gəlmişdi, yemək-içmək, çal-oynasın, vur çatlasın.

Bu şəhəri 1750-60-cı illər arası Pənah xan salmışdı. Düz 73 il sonra adını dəyişib Şaumyanın xatirəsinə Stepanakert qoydular. İndi də 95 illiyini qeyd edirlər.

Qarabağ xanlığının yaranmasının 270 illiyidi, o qədər sükut var ki, bu barədə sanki elə bir xanlıq olmayıb. mətbuat susur, televiziyalar susur, QHT-lər susur.

Canım-gözüm Tarix İnstitutu, bəlkə heç olmasa bir konfrans keçirəsiniz?! Mümkünsə ey, mümkün deyilsə…

Bir də görəcəksiniz ermənilər Qarabağ xanlığının yubileyini keçirir və deyir ki, xanlığın əsasını da biz qoymuşuq. Özü də Qarabağ xanı Pənah xan yox, Məlik Şahnəzərovdu. Sonra başlayacaqsınız ki, həyasız ermənilər tariximizi oğurlayıb. Sən sahib çıxmayanda başqası sahib çıxa bilir.

Nə isə, Allah şeytana lənət eləsin!.