adalet.az header logo
  • Bakı 7°C
25 Sentyabr 2018 11:20
10459
MƏMLƏKƏT
A- A+

DEYƏSƏN, DİNDARLAR ÖZLƏRİ ALLAHA ŞƏKK EDİRLƏR

Bir də görürsən ki, qəzetlərdə, saytlarda bir yumurta şəkili getdi, üstündə Allah yazılıb, təbii ki, ərəbcə. Və yaxud hardasa bir qız peyda olub, qoluna Allahın, peyğəmbərin adı yazılıb. Təbii ki, yenə ərəbcə. Yaxub çayın kənarında ağacların şəklini çəkiblər, baxanda Allah sözü oxunur. Yenə ərəbcə. Sakit okeanda bir növ balıqlar tapıblar. Üstündə «Allahu Əkbər» yazılıb. Məlum dildə.

İndi də Qətl günü bir şəkil paylaşıblar. Buludlar Allah yazıb guya. Ərəb dilində. Allah sözündən daha çox Pasedonun yabasına oxşayır. Özü də bunu dindarlar çox həvəslə paylaşıb və dinsizlərin əlinə tuz kozr veriblər.

Əvvəla, Allah ərəb deyil. İkincisi də Allah o günə qalmayıb ki, özünün varlığını hansısa yumurtanın üstünə, ya balığın üstünə adını ərəbcə yazmaqla sübut eləsin.

İstəyirsiniz Allahın möcüzəsinin birini mən deyim. Səndən milyon illər uzaqda olan milyonlarla ulduzun bütöv bir qalaktikanı iynənin ucu boyda olan gözünün giləsində yerləşdirir.