adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 14:05
7286
İDMAN
A- A+

TƏMKİNİN TƏMKİNSİZLİYİ

Təmkin Xəlilzadə gözəl futbolçudu. Əgər öz üzərində bir az işləsə, ulduza çevrilə bilər. Həm milli komandada, həm də «Qəbələ»də bir yanğıyla, bir eşqlə oynayır. Bütün meydan boyu işləyir. Qısası, sevdiyim futbolçudu.

Amma çox təəssüf ki, «Qarabağ»la oyunda hövsələsizliyi özündən daha çox komandasına böyük zərbə oldu. Komanda üçün çox vacib olan bu oyunçu «Qəbələ»nin belə bir durumunda ən azı iki oyunu mənim kimi televiziyada izləyəcək.

Ümumiyyətlə, təkcə Təmkinin yox, bir çox futbolçularımızın psixoloji durumu xoşagələn deyil. Bu hadisədən təkcə Təmkin yox, digərləri də nəticə çıxarmalıdır.